Qubada küçə iti üç nəfərə hücum edib
Tarix: 24-04-2025 16:25 | Bölmə: Cəmiyyət
Qubada küçə iti üç nəfərə hücum edib

Quba rayonunda küçə iti üç nəfərə hücum edib.

Hadisə rayonun 2-ci Nügədi kəndində baş verib.

Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa köməyə gələn qadınlara da hücum edən it onları ayaq və əl nahiyəsindən dişləyib.

Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıblar.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:45 Sabah yağış yağacaq