Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 30-05-2016 11:41 | Bölmə: Cəmiyyət

Ötən il ölkə başçısının göstərişi ilə Səbail rayonu, ''Dostluq” parkı adlanan ərazidəki dəbdəbəli villaların sökülmə proses uzun müddət mətbuatda müzakirə olundu.
Xatırlayırsınızsa, Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü ilə, musiqi sədaları altında park ərazisindəki onlarla villa uçuruldu. Söküntü aparılan ərazidə yaşıllıq salınacağı bildirildi.
Reyting.az xəbər verir ki, Musavat.com-un müxbiri aparılan yaşıllaşdırma işləri və söküntüdən sonrakı vəziyyəti öyrənmək üçün "Dostluq” parkına baş çəkib. Bu zaman bəlli olub ki, dəbdəbəli villaların sökülməsindən 1 ildən çox vaxt keçsə də, vəd edilən yaşıllıq salınmayıb, "Dostluq” parkı bərbad vəziyyətdədir:
"Söküntü işlərinin pərakəndə aparılması ətrafı xarabalığa çevirib. Söküntü qalıqları ərazidən təmizlənmədiyindən hər tərəf toz-torpaq içindədir. Fürsətdən istifadə edən sakinlər isə ərazini zibilliyə çevrib. Hündür hasarları buldozerlə vurub aşırıblar, qalıqlar ətrafa səpələnib. Külək əsdikdə isə həmin toz-torpaq ətrafda yaşayan sakinlərin həyətlərinə dolur.
Bakı merinin əkdiyi ağaclar isə susuzluqdan saralıb. Külli miqdarda vəsait hesabına başa gələn yaşıllıqlar indi baxımsızlıqdan quruyur.Bəzi villalar sökülsə də,"Dostluq” parkının girişində xeyli sayda dəbdəbəli villa hələ də qalmaqdadır.
Görünür, söküntü zamanı Hacıbala Abutalıbovun səsləndirdiyi canlı musiqinin sədası hələ həmin villa sahiblərinin qulağına çatmayıb. Yoxsa, "Dostluq” parkındakı villada sakit yaşamaq kimin həddinə...”
Musavat.com yazır ki, diqqətçəkən məqamlardan biri də magistral yolun kənarındakı villalardan birində açıq-aşkar tikinti işlərinin aparılmasıdır, villa sahibi Hacıbala Abutalıbovun sökdürdüyü hasarını yenidən bərpa edir:
"2-3 metr hündürlüyündə betondan hasar tikdirir. Uzaqdan olsa da, işləyən usta və fəhlələri görüntüləyə bildik.
Parkın ətrafında yaşayan sakinlərlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən şəxs söküntü zamanı parkın ərazisini zəbt edən bir neçə villanın saxlanıldığını bildirdi: "Bu ətrafda yaşayanlar hamısı milyonerlərdi. Kasıb adam burada yaşamır. Kimin adamı varsa onun villasını sökmədilər. Qalanlarını isə sökdülər. Vaxtı ilə buraları özləri camaata satdılar, hamı aldı. Sonra da gəlib sökdülər. Camaat pulunu verib, torpaq aldı. Diqqət etsəniz, xeyli villalar qalıb. Yuxarı tərəflərə getsəniz, milyonlara başa gələn villaları görə bilərsiniz ki, onlar həmin prosesdə sökülməkdən xilas oldular. Ona görə ki, hamısı vəzifəli adamlardı. Görünür, onlara Bakı merinin də gücü çatmadı. Onsuz da bu parkdan əsər-əlamət qalmayıb. Yaşıllıqları məhv eləyib, sotunu yüksək qiymətə varlılara satdılar”.











Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər