İrandan Azərbaycana narkotik keçirmək istəyənlər tutulub
Tarix: 29-09-2025 11:59 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər tutulub

İrandan Azərbaycana 8 kq-dan artıq narkotik vatisə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Reyting.az-a bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 (iki) naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 90-BJ-616 dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub