Yasamalda təhlükəli tikinti: qurudulmuş gölün ərazisində çoxmərtəbəli bina inşa olunur
Tarix: 29-09-2025 10:49 | Bölmə: Cəmiyyət
Yasamalda təhlükəli tikinti: qurudulmuş gölün ərazisində çoxmərtəbəli bina inşa olunur

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında, vaxtı ilə göl olan ərazidə çoxmərtəbəli bina inşa olunur.

Reyting.az
-ın məlumatına əsasən, ATV-yə danışan sakinlər bildiriblər ki, qazıntı zamanı bünövrədən su çıxır. Onlar inşa ediləcək binanın gələcəkdə böyük faciəyə yol açacağından narahatdırlar.

“Qapını açırdıq göl gözümüzün qabağında idi. 50 metr dərinliyində olub. Balıq da tuturdular, zibil də gətirib tökürdülər. Sonradan gölü qurutdular”, - sakinlər qeyd edib.

Ərazidə çoxmərtəbəli bina inşa edən “PRİMO Residence” tikinti şirkətindən isə bildirilib ki, işlər artıq dayandırılıb.

Ərazidə tikinti ilə bağlı Fövqalədə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar şirkət tərəfindən aparılan işlərə dair icazəverici sənədlər təqdim edilmədiyindən, nazirlik sentyabr ayının 4-də tikinti işlərinin dayandırılmasına dair qərar verib.




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub