Şuşanın baş planında yeniliklər edilib
Tarix: 23-09-2025 13:06 | Bölmə: Cəmiyyət
Şuşanın baş planında yeniliklər edilib

Şuşanın baş planında investorların daşınmaz əmlak layihələri həyata keçirə biləcəyi ərazilər müəyyən edilib.

Bu barədə Azərbaycan prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib

Onun sözlərinə görə, hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanır: "Paralel olaraq qonaqpərvərlik xidmətləri də yüksəldilir və məqsədimiz Şuşaya nüfuzlu beynəlxalq otel brendlərini cəlb etməkdir".

A. Kərimov əlavə edib ki, dövlət proqramı çərçivəsində zəruri səhiyyə infrastrukturunun yaradılması da davam edir: "Artıq Şuşa Sağlamlıq Mərkəzi istifadəyə verilib. Burada sanatoriya-reabilitasiya xidmətləri, əməliyyat sonrası bərpa, xüsusi tibbi xidmətlər və bioloji testlərin aparılması üçün imkanlar mövcuddur. Şuşaya yaxın ərazidəki mineral su ehtiyatlarının şəhərə gətirilməsi üzərində də işlər aparılır".




Bölməyə aid digər xəbərlər
18-09-2025, 12:47 Sabah yağış yağacaq