ABŞ kəşfiyyatının peyklərini orbitə göndəriblər
Tarix: 23-09-2025 07:23 | Bölmə: Cəmiyyət
ABŞ kəşfiyyatının peyklərini orbitə göndəriblər

"SpaceX" şirkəti ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin baza ehtiyacları üçün nəzərdə tutulan xüsusi peykləri kosmosa daşıyan "Falcon 9" raketini uğurla orbitə buraxıb.

Reyting.az
xəbər verir ki, yeni uçuşun canlı yayımı şirkətin "X" səhifəsində təqdim olunub.

"NROL-48" missiyası çərçivəsində həyata keçirilən buraxılış Kaliforniya ştatındakı Hərbi Hava Qüvvələrinə məxsus Vandenberq bazasında baş tutub.

Ümumiyyətlə, ABŞ dövləti tərəfindən kəşfiyyat peyklərinə nəzarət edən "NRO" sisteminin fəaliyyəti çox ciddi şəkildə, məxfiliklə qorunur. Məhz bu səbəbdən də buraxılan kəşfiyyat aparatları barədə heç bir texniki parametr, hətta kiçik məlumat belə açıqlanmayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
18-09-2025, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq