12 milyon il əvvəl yaşamış delfinin qalıqları tapılıb
Tarix: 25-09-2025 09:59 | Bölmə: Cəmiyyət
12 milyon il əvvəl yaşamış delfinin qalıqları tapılıb

Perunun Oqukahe səhrasında qazıntılar aparan arxeoloqlar uzunluğu təxminən 3,5 metrə çatan və çox yaxşı qorunmuş qədim delfin qalıqları aşkar ediblər. Elm adamları bildiriblər ki, bu cür qədim delfin növləri "Lomacetus" adı ilə tanınıb. Bu növdən olan delfinlər həm də müasir dişli balinaların ən qədim əcdadlarından biri hesab olunur.

Reyting.az
-ın məlumatına görə, elmi araşdırmalar zamanı məlum olub ki, qalıqları tapılan delfin 12 milyon il əvvəl, Miozen dövründə yaşayıb.

Bu tapıntı Pisko Formasiyası adlı məşhur paleontoloji bölgədə üzə çıxıb ki, bundan əvvəl də Oqukahe səhrasında çox qədim dövrlərə aid olan nəhəng tısbağaların və köpəkbalıqlarının, dördayaqlı balinaların qalıqları tapılmışdı. Alimlər hesab edirlər ki, qədim "Lomacetus" növünə aid edilən bu delfin müasir dəniz donuzları ilə oxşar xüsusiyyətlərə malik olmaqla, delfinlərin təkamülündə də çox mühüm rol oynayıblar.

Mütəxəssislər dövlət rəsmilərinə müraciət edib və təcili olaraq bölgənin qorunmasının vacibliyini vurğulayıblar. Alimlər bildiriblər ki, ərazi qeyri-qanuni qazıntılar səbəbindən təhlükə altındadır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub