Taksi sürücüləri imtahan verib
Tarix: 23-09-2025 17:09 | Bölmə: Cəmiyyət
Taksi sürücüləri imtahan verib

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün sentyabrın 23-də növbəti test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Reyting.az bildirilib ki, imtahanda iştirak etmək üçün 1561 namizəd qeydiyyatdan keçib. Onlardan 1509 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1300 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24 və 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.




Bölməyə aid digər xəbərlər
18-09-2025, 12:47 Sabah yağış yağacaq