09:56 / 01-10-2025
XİN Çini təbrik edib
Maya Sandu: Qaqauziya və Dnestryanıya yanaşma fərqli olmalıdır
Tarix: 01-10-2025 10:15 | Bölmə: Siyasət
Maya Sandu: Qaqauziya və Dnestryanıya yanaşma fərqli olmalıdır

“Moldova hökuməti Qaqauziya sakinləri ilə münasibətləri bərpa etməli və dialoq “praktiki olaraq sıfırdan” qurulmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu ölkəsinin iki rusiyayönlü regionu - Qaqauziya və Dnestryanı ilə bağlı poblemlərdən danışarkən bildirib.

M. Sandu "Kontekst1" telekanalının efirində deyib ki, Qaqauz muxtariyyətinə getmək və yerli əhali ilə daha ciddi işləmək lazımdır: “Təəssüf ki, uzun illərdir yerli siyasətçilər Kişinyova qarşı nifrət toxumu səpiblər... Bir çox qaqauzlar hesab edirlər ki, Kişinyovla dinc yanaşı yaşaya bilməyəcəklər. Onlar düşünürlər ki, yaxşı yaşamaları üçün Moldova Rusiyanın nəzarətində olmalıdır".

Onun sözlərinə görə, hökumət indi qaqauzlara izah etməlidir ki, korrupsioner siyasətçilər “onları xoşbəxt edə bilməzlər”.

Sandunun fikrincə, Dnestryanıya fərqli yanaşma lazımdır.

"Rusiya ordusunun ərazimizi sülh yolu ilə tərk etməsi üçün həll yolu tapmalıyıq",- Sandu bildirib.

O əlavə edib ki, hökumətin reinteqrasiyanı ehtiva edən iqtisadi planı var və məqsəd sakinlərə Dnestr çayının sağ sahilində həyat səviyyəsinin daha yüksək olduğunu görməyə məcbur etməkdir.

Sandunun fikrincə, indi ən çətin məsələ rus qoşunlarını ərazidən çıxarmaq və sonra tədricən reinteqrasiyanı həyata keçirməkdir.

Qeyd edək ki, Kişinyov ardıcıl olaraq Dnestryanı üçün zorla reinteqrasiya ssenarilərinə qarşı çıxıb.

Kişniyov bəyan edib ki, Moldovanın Avropa İttifaqına daxil olması Dnestryanı ərazinin reinteqrasiyasından əvvəl baş verə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər