MTN generalı xanım müğənnini girov götürüb – Şok faktların üstü açılır
Tarix: 09-06-2016 11:48 | Bölmə: Cəmiyyət


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kriminal əməlləri haqda məlumatların sayı-hesabı itib.

Reyting.az xəbər verir ki, Musavat.com saytına hazırda həbsdə olan A.Çovdarovun daha bir cinayət əməli haqda ilginc məlumatlar daxil olub.

İddiya görə, A.Çovdarovun Bakıda bir çox iş adamlarını sənədsiz-sübutsuz MTN-ə, özünün nəzarəti altında olan ünvanlara apartdıraraq orada qanunsuz olaraq saxlaması, onlardan külli miqdarda pul "qopararaq” azad etməsi haqda dəfələrlə yazılıb. Belə ünvanlardan biri Bakının mərkəzi hissələrindən birində - Həsən Əliyev küçəsindədir. Məlumata görə, 7 mərtəbəli bina A.Çovdarovun "krışa”lıq etdiyi tikinti şirkətinin ofisidir. Həmin ofisin 2 mərtəbəsi yerin altındadır və zirzəmidə iş adamlarının saxlanılması, döyülməsi, qorxudulması halları olub. Bir neçə il əvvəl həmin ofisin zirzəmisinə Vaqif adlı şəmkirli iş adamı da aparılıb.

Vaqif Bakıda tikinti biznesi ilə məşğul olurmuş. Onu Şəmkirdəki "Həyat” restoranından qızının toy mərasimindən çölə çağıran Çovdarovun adamları başına torba keçirib Bakıya - həmin ofisin zirzəmisinə gətiriblər. Vaqif sonradan yarım milyon manatın müqabilində girovluqdan azad edilib.


Odioz generalın qanunsuzluqları ilə üz-üzə qalanlar sırasında sənət adamları da olub. Məlumata görə, məşhur xanım müğənnilərdən biri qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Oradakı çək-çevirdən sonra məlum olub ki, xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib. Müğənnidən tələb ediblər ki, Famil adlı şəxsin ona bağışladığı mənzili qaytarsın. Bundan sonra "Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Müğənniyə deyiblər ki, onun MTN-dən buraxılmasını Familin dostu xahiş edib. Buna görə də azad ediləndən sonra "Edem” restoranına gedərək orada həmin şəxsin ayağına düşüb onlardan üzr istəməli, deməlidir ki, münasibətlərinin korlanmasına görə özünü suçlu bilir. Xanım müğənni şərti qəbul edəndən sonra azad edilib və birbaşa "Edem” restoranına aparıb diz çökdürüblər.

Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun "krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb, onları sıradan çıxarıblar.

A.Çovdarovun həbsindən sonra isə Famil və onun şəriki ölkəni tərk edib. Xanım müğənninin isə Bakıda olduğu, ara-sıra bir vaxtlar onu diz çökdürən sponsoru ilə görüşmək üçün xaricə getdiyidə bildirilir. 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər