Həkim səhlənkarlığı ana və uşağı şikəst edib –“Medı lux” bir ailəni gözüyaşlı qoyub
Tarix: 09-06-2016 14:57 | Bölmə: Cəmiyyət

 

 

Azərbaycanda həkim səhlənkarlığı ucbatından ana və uşaq ölümləri və yaxud onların şikəst olmaları barədə məlumatlara tez-tez rast gəlinir.

Bu dəfə həkim səhlənkarlığı səbəbindən baş vermiş bir hadisə barədə AzToday-az saytına məlumat verilib.

Reyting.az adıçəkilən sayta istinadən bildirir ki, Bakıda yeni doğulan uşağın nənəsi Dilguşə Süleymanovanın "Medı lux” Tibb Mərkəzinin həkimindən yazdıqları insanın ürəyini sızladır.

Şıkayətçinin sözlərinə görə, həkim-ginekoloq Lalə İmanova 25 yaşlı hamılə qadın - Aygün Fikrət qızı

Camalovanı nəzarətə götürüb, "Medı lux” Tibb Mərkəzində rəsmi qeydiyyata alaraq 4 ay hamiləliyin gedişini izləyib.

Ana hər ay 200-250 manat məbləğində pul ödəyərək analizlərdən keçib, hər şey normal qiymətləndirilib. Hamiləliyin son ayında rəngli dopleroqrafiya həkimə xəbərdarlıq edib: "Köbək ciyəsi – cift uşağın boynuna dolanıb, ürək sürətlə vurur, böyrək ləyəni genişlənib, sidik kisəsi dolub”.


Həm də bu xəbərdarlıq qara, yağlı hərflərlə qeyd olunub, hansı ki əvvəlki dopler müayinəsində bu cür qeyd yoxdur.Ən savadsız insan da bu xəbərdarlıqa laqeyd qala bilməzdi. Amma Lalə İmanova doğuş riskini təhlükəyə atıb, qabaqlayıcı tədbirlər haqqında düşünməyib.

Şikayətçinin iddiasına görə, həkim valideynlərin, ananın narahatlığına məhəl qoymayıb, 3900 qram çəkidə olan uşağı dar çanaqdan götürməyə çalışıb. Amma onun bu cəhdi uğursuzluqla nəticələnib: Doğuş patalogiyaya çevrilib, uşağ iflic olub, ana isə bədbəxt!..

D.Süleymanova: "02.10.2014-cü il tarixdə həkimlə danışaraq dedik ki, uşaq çəkili, ana xırda, çanaq dar, bəlkə, birbaşa qeysəriyyə edəsiniz”.

Həkimin cavabı isə, "Mənə ağıl öyrətməyin! Mən, həkim-ginekoloq, xiruruq, mamaçayam - hamısı özüməm. Mən sizə 100% normal doğuş söz verirəm!”,- olub.

D.Süleymanova: "Biz də həkimə inandıq. 11.09.2015-ci il tarixdə anada doğuş sancıları başladı və həkimin qəbuluna getdik. Narahatlıqlarla bağlı söhbət apardıq.

Lalə yenə bizi sakitləşdirdi: ”Narahat olmayın, hər şey yaxşı olacaq!”

Ana etiraf etdi ki, qorxur, məni qesrəriyyə edin.

Həkim inadkarlıq göstərdi: "Yox, özün doğacaqsan!”

Amma Lalə bir az düşünüb bunu da dedi: "Əslində səni belə halda evə buraxmaqla cinayət edirəm, yatmalısan. Amma UZİ sənə 18 noyabra vaxt qoyub. Get, 18-də gələrsən”.

O, bizi tam arxayın edərək evə yola saldı. 17 noyabrda vəziyyət dəyişdi. Ananın narahatlıqları başladı və biz səhər saat 5-də Laləyə vəziyyətlə bağlı zəng vurduq. Həkim məsləhət gördü ki, artıq döğuşbaşlayır və ananı "Medı lux”a aparıb qeydiyyata salın, mən də gəlirəm.

O gəlirəm, bu gəlirəm... Növbətçi həkim ananı apardı otağa, biz də gözlədik, tez-tez onun halından xəbər alırdıq. Mən Laləyə zəng edib onun nə vaxt gələcəyi ilə maraqlanırdım. O gah "probka”da olduğunu bəhanə gətirir, gah zənglərə cavab vermir, gah da işi olduğunu deyirdi.

Axırıncı zəngdə mən vəziyyətdən narahat olduğumu dedim. O, yenə "Hər şey yaxşı olacaq!”- deyə arxayınlıq yaratdı.

Nəhayət, həkim saat 2-də gəlib klinikaya çatdı və onunla foyedə qarşılaşdıq. "Sənə indi bir söz deyəcəm...”,- deyib getdi.

Biz qiymət barədə danışmamışdıq. Normal döğuşu 1100 AZN, qeysəriyyəni isə 1250 AZN-ə razılaşmışdıq.

Həkimlə yenidən dəhlizdə rastlaşdıq. Qızım, gəlinimin xalası yenidən qeysəriyyə təklif etdilər. Həkim dedi ki, iynə vurmuşam, sistem qoşmuşam, 2 saatdan sonra bir söz deyəcəm.

Həmin vaxt bitdi, ananın qışqırıqları, fəryadı birinci mərtəbəyə çatırdı. Biz narahatlıq keçirirdik. Əslində ailədən bir nəfər xəstənin yanında olmalı idi. Amma bizi yaxına buraxmadılar.

Nəhayət, axşam saat 5-6 arası dedilər ki, uşaq doğuldu. Həkim çox gec gəlib otağına çıxdı. Biz maraqlandıq ki, həkimin əhvalı yaxşı deyil. Nə baş verdiyini soruşduq. Həkim etiraf etdi ki, doğuş pataloji hal alıb. Uşağın çəkisi çox olub. Guya UZİ həkimi aldadıb. Ana da, uşaq da yaxşı deyil.


Mən dedim ki, burda baxa biləcəksinizmi, uşağı və ananı vəziyyətdən çıxara biləcəksinizmi? Dedi ki, burda hər şey edəcəklər. Uşaqda boğulma var, küvezə yerləşdirilib, vəziyyət nəzarətdədir.

Həm də bildirdi ki, beyin ödemi-oksigen çatışmazlığı var. Anaya da xeyli tikiş qoyulub.Vəziyyət gərgindi”.

Şikayətçi bildirib ki, tez-tez vəziyyətlə maraqlansalar da, ümidverici söz eşitməyiblər. Hətta uşağı görmək cəhdləri də alımayıb: ya olmaz, ya da uşağı görmək üçün 200 AZN ödəməlisiniz,- deyiblər.

Nəhayət, uşağın atası hay-küy saldıqdan sonra baş direktora müraciət olunub: " Bundan sonra məni uşağın yanına apardılar. Gördüyüm mənzərə isə göz yaşlarıma səbəb oldu. Biz həmin anın şəkillərini telefonla çəkdik”.

Uşaq həkimi Nərmin xanım onlaravəziyyətin kritik olduğunu, uşağı bu klinikada saxlamağın mümkün olmadığını bildirib: ”Uşaq ağır keçən doğuş nəticəsində beyin travması aldığından ona aramsız oksigen təminatı lazımdır. Bu klinikada isə şərait yoxdur. Ona görə də uşaq təcili olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ("OMD” xəstəxanası) köçürülməlidir. Amma oksigensiz aparmaq olmaz, yolda vəziyyət daha da ağırlaşa bilər, "Medklub”dan lobarotiraya çağırılmalı, amma pulunu siz ödəməlisiniz - 137-257 AZN”.

Nə isə... Pul ödənilib, uşaq "OMD”-yə köçürülüb.

Uşağın nənəsi D.Süleymanova bildirir ki, həkim-ginekoloq Lalə İmanova döğuş axşamından sonra görünməyib:

"Biz onunla əlaqə yaratmağa çalışdıq, klinikada tapa bilmədik, zənglərimiz də cavabsız qaldı. Başımız uşağa qarışmışdı. Bir də gördük ki, ananın vəziyyəti pisləşir.

Döğuşdan 1 həftə kecib. Həkim anaya 27 tikişlə necə rəftar etməyi öyrətməli imiş, əvəzinə qaçıb gizlənib. Ananın qarnında qoyduğu tampun da fəsad törədib və çürüməyə başlayıb. Aygünün Lalədən əvvəlki müalicə həkimi onun daxilində əməliyyat apardıqda dəhşətə gəlib: "Belə də vəhşilik olar?”- deyib”.


Uşaqla yanaşı ananı da müalicə etdirdiklərini bildirən şikayətçi qeyd edir ki, ana və uşaq nisbi yaxşılaşma ilə evə buraxıldıqdan sonra ananın vəziyyəti pisləşib və yenidən "Medı lux”a müraciət etməli olublar:

"Oradan həkim çağırıldı, günahları etiraf edildi, klinikanın direktoru Vaqif həkim vəziyyəti sabitləşdirməyə çalışdı.

Klinikanın həkimi Surə xanım ananın daxili orqanlarını bir daha təmizlədi və müəyyən vaxtlarda gəlib yoxlama nəzarətindən keçməyi tapşırdı.

 

Anaya vaxtaşırı nəzarət etmək Laləyə həvalə edildi. O isə nə vicdanının səsinə qulaq asdı, nə xəstə ananın əzablarına səs verdi, nə də şikəst etdiyi körpənin taleyi onu maraqlandırmadı… Əksinə, ananı təhqir etdi ki, doğuş mədəniyyətin yoxdur. Niyə internetdə oturub döğuş səhnələrinə baxmamısan?”

Nənənin sözlərinə görə, həkim onlara məsləhət görüb ki, uşaq şikəstdir, uşaq evinə verin.

İndi ana da, uşaq da şikəstdir. O əsərin baş qəhrəmanı isə Lalədir...

Görəsən, bu əməlinə görə o, heç olmasa bu dünyada cavab verəcəkmi? Yoxsa, yenə də səhiyyəmizə rəhbərlik edən məmurlar yalançı, şirnikləşdirici bəyanatlar verəcəklər?





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər