00:13 / 31-01-2026
Rəsulzadənin anadan olmasından 142 il ötür
00:08 / 31-01-2026
Müğənni "Tiktoker"dən şikayət edib
23:15 / 30-01-2026
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
Sağlamlığa təhlükə yaradan, cinayətkarlığı artıran vərdiş
Tarix: 29-05-2019 09:06 | Bölmə: Cəmiyyət

Bəşəriyyətin ən böyük bəlası sayılan “Ağ ölüm”dən bu gün minlərlə insan əziyyət çəkir. Ən dəhşətlisi isə odur ki, narkotik maddələrdən istifadə edənlərin yaşı gündən-günə cavanlaşır. Əvvəllər valideynlər övladlarının siqaret çəkməyindən qorxuya düşürdüsə, indi “birdən övladım kənarda narkotikadan istifadə edər”,- qorxusu ilə yaşayırlar. Bu da bir fakt olaraq onu göstərir ki, bir qisim yeniyetmələr, məktəblilər, gənclər narkotika aludəçiliyinin qurbanıdırlar.
Bu sahədə məktəblərdə keçirilən tədbirlər hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya “yox” deməyə çağırır. Çünki narkomaniya insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir. Gənclərin narkotik asılılığını kimisi valideyn nəzarətsizliyi, kimisi isə məlumatsızlıqla əlaqələndirir. Hər iki halda bu sahəyə xüsusi diqqət ayrılması vacibdir. Narkomaniya ilə mübarizə aparmanın yollarını, onun fəsadlarını tədbirlər vasitəsilə daha da ictimailəşdirmək, valideynləri isə bu barədə xüsusən diqqətli olmağa çağırmaq lazımdır. Gənclər bilməlidir ki, narkomanlıq insan səhhətinə sağalmaz yaralar vurur.
Ölkəmizdə “ağ ölüm”ə qurşananların sayındakı artımdan danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edir ki, insanların bu bəlaya yoluxmalarının səbəbləri müxtəlifdir: “Narkomaniyanın qarşısını almaq üçün təkcə inzibati yollarla müdaxilə doğru deyil. Çünki qadağalara baxmayaraq, bu, yayılmağa davam edir. Biz başqa yollar axtarmalıyıq. Hər bir gəncin, yeniyetmənin formalaşıb ortaya çıxmasında 3 əsas institut rol oynayır: ailə, məktəb və cəmiyyət. 30-40 il bundan əvvəl bu üçü bir-biri ilə ahəngdar işləyirdi və narkomanlar barmaqla sayılacaq qədər az idi. O dövrdəki statistika ilə indikini müqayisə edəndə çox yaxşı görürəm ki, rəqəmlər kəskin dərəcədə dəyişib. İndi təəssüf ki, ailələrimizdə də, cəmiyyətdə də gərginlik çoxalıb. Bu məsələdə yük daha çox məktəbin üzərinə düşür. Təəssüf ki, bu gün ölkəmizdə narkomaniya ilə mübarizə aparmaq üçün metodika, tələb olunan təcrübə yoxdur. Bundan başqa, elmdə artıq çoxdan əsaslandırılıb ki, hər bir davranışın formalaşmasında 3 faktor mühüm rol oynayır: birinci mühit, ikinci alınan informasiyaların xarakteri, üçüncü insanların üstünlük verdiyi dəyərlər. Bu gün ölkəmizdə narkotik istifadəçilərinin sayı günü-gündən artırsa, bu o deməkdir ki, həmin 3 faktorun hər birində problem var. Yəni mühitimizdə narkomanlar var. Biz narkomaniyanın qarşısını almırıq və onlar da yeni aludəçilərin ortaya çıxması üçün hər cür səy göstərirlər. Çünki hər bir aludəçi narkotik əldə etmək və ya satışını həyata keçirmək üçün ətrafındakılara da bunu təlqin edir”.
Sosioloqun sözlərinə görə, orta məktəblərdə sözügedən problemlə əlaqədar psixoloq, sosioloq və həkimlərlə birlikdə fəaliyyət proqramı hazırlanmalıdır: “Çalışmalıyıq ki, insanlarımız get-gedə daha çox mənəvi dəyərə üstünlük versin. Əfsus ki, indi mənəvi dəyərlər müəyyən qədər basqı altında qalıb, əvəzinə maddi dəyərlər ön plana keçib. Bu istiqamətdə də işlər görülməlidir. Yoxsa narkomaniyanı bir göstərişlə, əmrlə qabaqlamaq olmaz. Bu, bir az da cəmiyyətin özünün xüsusiyyətidir. Mühit şərait yaradanda, maarifləndirmə yetərli səviyyədə olmayanda, dəyərlərdə müəyyən qədər problem olanda bunların baş verməsi qaçılmazdır. Əgər belə getsə, gələn il narkotik istifadəçilərinin sayı bundan da çox olacaq. Məktəblərə gedib “narkotik pis şeydir”,- demək əks-təbliğat deyil. Şagirdləri elə başa salmaq lazımdır ki, bunun mahiyyətini və zərərini anlasınlar. Sosiologiyada dəfələrlə sübut olunub ki, insan qadağa olan şeyə daha çox meyllənir”.
Qeyd edək ki, Narkoloji Dispanser 2017-ci ildə Azərbaycanda 30 min nəfərin narkotik istifadəçisi kimi qeydiyyata alındığını açıqlayıb. Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Son üç ildə həmin siyahıda qadınların sayında hiss olunacaq artım müşahidə edilib.
Mütəxəssislər narkomaniyanın dünyada özü ilə heç bir rəqabət aparılmayacaq dərəcədə gəlir götürən böyük biznes vasitəsi olduğunu vurğulayırlar. Çox cüzi miqdarının gətirdiyi böyük pulların başqa gəlir vasitələrindən fərqi ondadır ki, onun aludəçiləri gün ərzində bir dəfə qida qəbul etdikləri halda bir neçə dəfə narkotik maddə qəbul etməsələr yaşaya bilmirlər. Bunun üçün də bu kiçik maddə, öz aludəçilərini özünə elə bağlayır ki, onlar hansı vasitə ilə olursa-olsun mütləq narkotikanı əldə etməlidirlər. Bunun üçün soyğunçuluq, oğurluq, hətta adam öldürmək belə narkomanı qorxutmur. Çünki o, bihuş vəziyyətində olduğundan öz əməllərinə cavabdehlik daşımır. O, kimi isə hədələyərkən marağında yalnız tez bir zamanda əldə edəcəyi narkotikadan başqa bir şey olmadığı üçün hər bir addımı atmağa hazırdır. Belə aludəçilik qəti mütilik yaradır ki, bu da narkotikanı böyük gəlir mərkəzinə çevirir. Təbii ki, belə olan halda narkotika aludəçisi bu vasitəni əldə etmək məcburiyyətindədir. Bu baxımdan bu istəklər daxili imkanlar hesabına gerçəkləşməsi məcburiyyətini ortaya qoyur. Elə problemin başlanğıcı da buradan meydana gəlir.
Narkomanlığa və digər zərərli vərdişlərə aludə olmamış, lakin belə ehtimalı olan yeniyetmələrin risk qruplarını psixoloji işlərlə üzə çıxarmaq lazımdır. Ailələrin sosial-iqtisadi vəziyyətinin aşağı düşməsi nəticəsində yeniyetmələrdə addiktiv davranışın artması, cinsi tərbiyə işinin lazımi səviyyədə aparılmaması, son zamanların bəlasına çevrilən QİÇS xəstəliyi haqda informasiyanın məhdudluğu ilə əlaqədar treninq zamanı bu problemin işıqlandırılması vacibdir. Elmi cəhətdən əsaslandırılmış, praktikada özünü doğruldan qabaqlayıcı tədbirlərlə yeniyetmələri bu işdən çəkindirmək, təhrikedici vəziyyətlərə, stressə, əlacsız vəziyyətə düşən, münaqişəli situasiyada yaşayan, həmyaşıdlarının təsirinə məruz qalan yeniyetmələrdə sui-qəsd hallarının artması ilə əlaqədar profilaktik işin ön plana keçməsinə tələbatın artmasını göstərmək lazımdır.
L. Hüseyn
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:08
Müğənni "Tiktoker"dən şikayət edib
Dünən, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Dünən, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Dünən, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Dünən, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Dünən, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Dünən, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Dünən, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Dünən, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Dünən, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
29-01-2026, 23:08
Abşeron Gənclər şəhərciyində yaşayış binasında yanğın olub
29-01-2026, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
29-01-2026, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
29-01-2026, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
29-01-2026, 15:15
Regional Turizm İdarəsinin rəisi vəzifədən azad olunub
29-01-2026, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
29-01-2026, 12:49
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
29-01-2026, 12:21
Sabahın hava proqnozu açıqlanıb
29-01-2026, 11:54
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq
29-01-2026, 11:44
TƏBİB: "Məhkəmə sədrinin bıçaqlanan gəlininin vəziyyəti ağırdır"
29-01-2026, 11:00
Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib - Yeni təyinat
29-01-2026, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
29-01-2026, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
29-01-2026, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər