Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
Çinə qarşı yeni koalisiya formalaşdırılır
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
Yetirməmlə fəxr edirəm - Professor yazır
Berlində ABŞ-Ukrayna danışıqları bu gün davam edəcək - Yenilənib
Lionel Messinin 21 metr hündürlüyündəki heykəli nümayiş olunub
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
Tarix: 17-06-2016 14:14 | Bölmə: Cəmiyyət

Yasamal Rayon Məhkəməsində tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmliyə qarşı cinayət təqibi davam edir. Hazırda iş linqvistik ekspertiza mərhələsindədir.
Reyting.az Gununsesi.info-ya istinadən xəbər verir ki, məhkəmə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı mütəxəssis qismində ekspertizaya cəlb edib.
Yasamal Rayon Məhkəməsindəki mənbə bu faktı təsdiqləyib, lakin əlavə edib ki, adları çəkilən şəxsləri məhkəmə deyil, BDU-nun özü müəyyənləşdirib.
Məlumata görə, ekspertizada əsas mütəxəssis kimi seçilmiş Z.Şahbazova AzTV sədrinə yaxın şəxsdir. O, bir neçə il əvvəl A.Alışanovun qızı Nigarı Azərbaycan dili və ədəbiyyat fənnindən ali məktəbə hazırlaşdırıb. Ev şəraitində ona dərs keçib və indi də Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri davam edir.
İkinci ekspert T.İsmayılova isə adi müəllimdir və onun dilçilik ixtisası üzrə heç bir elmi dərəcəsi yoxdur.
Media mütəxəssisi Q.Məhərrəmli gununsesi.info-nun "Siz belə ekspertlərin obyektiv olacağına inanırsınızmı” sualına "İndi disseratsiya müdafiəsindəyəm, bu məsələlərlə bağlı heç bir məlumatım yoxdur. Yalnız dediklərinizi dəqiqləşdirdikdən sonra vəziyyətə baxaram”-, deyə hər hansı izah verməkdən imtina edib.
Məsələyə münasibət bildirən hüquq eksperti Emil Əfəndiyev isə bu şəkildə mütəxəssis təyin edilməsini qanun pozuntusu adlandırıb: "Əvvəla, Qulu müəllim BDU-nun əməkdaşı olduğu üçün oradan mütəxəssis cəlb edilməsi doğru deyildir. Çünki bu və ya başqa səbəbdən rəyin obyektivliyi üçün şübhələr yarana bilər.
İkincisi, "Ekspertiza haqqında” Qanuna görə, işin nəticəsində maraqlı olan şəxsin mütəxəssis kimi rəy hazırlanmasında iştirakı yolverilməzdir”,- deyə hüquqşünas bildirib.
Hüquq eksperti onu da əlavə edib ki, hazırda ölkə ziyalılarının böyük dəstək verdiyi Q.Məhərrəmli ilə bağlı məhkəmə işi cəmiyyət, media və ifadə azadlığı üçün ciddi önəm daşıdığından geniş ictimai müzakirəyə səbəb olub. Ona görə də bu işin xarakteri, ekspertiza təhqiqatının predmetinin mürəkkəbliyi iş üzrə cəlb olunan mütəxəssislərin çox obyektiv olmasını, həm də bu mütəxəssislərin xüsusi biliklərə malik şəxslər dairəsindən seçilməsini zəruri edir.
Qeyd edək ki, məhkəmə qərarı üçün ekspertiza rəyi müəyyən əhəmiyyət daşıdığına görə A.Alışanov vəzifəsinin hesabına proseslərə təsir göstərməyə, nəyin bahasina olursa-olsun ekspertizadan məlum müsahibə ilə bağlı mənfi rəy almağa çalışır. Bir müddət əvvəl onun müavini E.Dünyamalıyevin Dilçilik İnstitutunda mütəxəssislərdən Q.Məhərrəmli əleyhinə mənfi rəy almağa cəhd də göstərib ki, bu da AzTV rəhbərinin dövlət resurslarından şəxsi məqsədləri üçün geniş istifadə kimi qiymətləndirilir.
Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsindəki fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə Qulu Məhərrəmlidən onun barəsində səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.
Bölməyə aid digər xəbərlər
















Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir