Müəllimlər üçün keçid balı müəyyən edildi
Tarix: 05-07-2016 11:50 | Bölmə: Cəmiyyət


Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanında tətbiq olunacaq keçid balını açıqlayıb.

Test imtahanında keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən, keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60 faiz, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80 faiz nəzərdə tutulub.

Test imtahanının balı hesablanarkən səhv cavabların sayı düz cavabların sayına təsir etməyəcək. Namizəd üçün düz cavabların sayına uyğun bal hesablanacaq.

Reyting.az





Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq