Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 14-07-2016 12:53 | Bölmə: Cəmiyyət

"Məktəbəqədər təhsil bütün təhsil pillərindən ölkənin orta və uzunmüddətli sosial iqtisadi inkişafına təsir edən ən vacib təhsil pilləsidir”.
Reyting.az-ın xəbərinə görə, bu sözləri deyən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda məktəbəqədər təhsilə hazırlığın səviyyəsinin qənaətbəxş olmadığını bildirib.
"Məqsəd qoyulur ki, məktəbəqədər təhsil ölkənin 90 faizinə çatdırılsın. Bu gün göstərici 20 faizdən aşağıdır. Son illərdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin bütün regionlarında uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri tikilib.
Qanunvericilikdə xüsusi dəyişiklər edilib. Nazirlik iki il bundan əvvəl Bakı məktəblərində pullu məktəbəqədər hazırlıq kurslarını təşkil edib. Bu kursların ödənişli olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə aid hər hansı vəsaitin nəzərdə tutulmamasıdır. Uşaq bağçaları isə yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir”.
Nazir bildirib ki, Bakı məktəblərində tətbiq edilən məktəbəqədər hazırlıq kursları layihəsi uğurlu olub və minlərlə vətəndaş öz uşaqlarını həmin kurslara cəlb edib.
"Bu öz növbəsində həmin uşaqların məktəb göstəricilərinə müsbət təsir göstərir. Belə trendi müşahidə edərək Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Məsələləri üzrə Dövlət Komissiyası bunun ölkə üzrə tətbiq edilməsini müzakirə edib. Nazirlər Kabineti qarşısında vəsatət qaldırdıq.
Bunun isə ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına hər bir vətəndaşın uşağının təmin olunmasına qərar verildi. Bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq ki, hansı məktəblərdə maddi-texniki baza imkan verirsə orada tətbiq edək.Məlumdur ki, bir sıra məktəblərdə maddi-texniki baza yaxşılaşdırılıb və həmin məktəblərdə ödənişsiz kurslar təşkil ediləcək. Nəticədə məktəbəqədər təhsilin əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə qalxacaq”.
Nazir qeyd edib ki, bu layihə tamamilə könüllüdür: "İstənilən valideyn öz övladını məktəbəqədər təhsilə cəlb edə bilər. Onlar belə bir qərar verdiyi təqdirdə uşaqların təhsili dövlət tərəfindən təmin olunacaq”.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər