Korrupsiya ilə daha çox məşğul olan qurumların adları açıqlandı – Siyahı
Tarix: 15-07-2016 12:27 | Bölmə: Cəmiyyət


Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib.

Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü enerji sahəsi, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub.

 

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər