Neft şirkətinin sahibi intihar etdi
Tarix: 22-10-2019 22:22 | Bölmə: Cəmiyyət
Neft şirkətinin sahibi intihar etdi

“Sibir - Şərqi Avropa” neft şirkətinin sahibi, 62 yaşlı Vyaçeslav Şevçenko Barvixedəki bağ evində özünü güllələyib.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, iş adamının həyat yoldaşının sözlərinə görə, o, güclü səsə ayılıb və ərini yanında qan içində görüb.

Yaxınlarının dediyinə görə, Şevçenkonun intiharı üçün səbəb olmayıb: onun sağlamlığı, ailəsi, yaxud biznesi ilə bağlı problemləri yox idi.

Şevçenko 90-cı illərdə Rusiyada yanacaq biznesi qurmağa hazırlaşan BMT-nin Baş katibi Butros Qalinin qardaşıoğlunu, “African Middle East Petroleum” firmasının rəhbəri Faxri Abdelnuru aldatması ilə məşhurdur. Şevçenko o zaman “Benko” neft şirkətinə rəhbərlik edib və guya Energetika nazirinə yaxın olub.

Faxri Şevçenko ilə dizel yanacağını əvvəlcədən 6 milyon dollara yaxın ödəməklə daşınması haqda müqavilə imzalayıb. Ancaq məhsulu ala bilməyib. Şevçenko 2000-ci illərin əvvəlində fırıldaqçılığına görə 8 il azadlıqdan məhrum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər