Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti ilə bağlı seminar keçirilib
Tarix: 24-10-2019 11:58 | Bölmə: Cəmiyyət
Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti ilə bağlı seminar keçirilib

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdən birində “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında seminar keçirilib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, tədbirdə çıxış edənlər keçirilən seminarın şəxsi heyətin maarifləndirilməsində böyük rol oynayacağını qeyd ediblər.

Seminar “Heç vaxt gec deyil” sənədli filminin nümayişi ilə başa çatıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər