İcra başçısının köməkçisindən yayılan xəbərə reaksiya: "Ölkə rəhbərliyi nə məsləhət görsə, odur"
Tarix: 24-10-2019 14:17 | Bölmə: Cəmiyyət
İcra başçısının köməkçisindən yayılan xəbərə reaksiya: "Ölkə rəhbərliyi nə məsləhət görsə, odur"

Prezidentin yaşlı məmurları istefaya çağırmasından sonra pensiya yaşı keçmiş vəzifəlilərin istefası davam edir.

Bu gün sosial şəbəkələrdə Azərbaycanın ən yaşlı icra başçısı – Xaçmaz rayonunun rəhbəri Şəmsəddin Xanbabayevin istefa verdiyi haqda məlumat yayılıb.

Xəbərdə İH-də toplantı keçirildiyi, icra başçısının kollektivlə vidalaşdığı da qeyd olunur.

Məsələ ilə bağlı “Yeni Sabah” icra başçısının əlaqə telefonuna zəng edib. Zəngə cavab verən icra başçısının köməkçisi yayılan xəbərlərin doğru olmadığını qeyd edib: “Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Ölkə rəhbərliyi nə məsləhət görsə, odur. Bu, bizim qarışacağımız iş deyil”.

İcra başçısının köməkçisi həmçinin Ş. Xanbabayevin ölkədə olmadığını qeyd edib: “Dağıstanda hərbi xadim, artilleriya general-leytenantı, Azərbaycanın rabitə naziri Hüseyn Rəsulbəyovun heykəlinin açılışıdır, Şəmsəddin müəllim də həmin mərasimdə iştirak edir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər