"Fariz Ağayev barəsində qətimkan tədbiri seçilməyib" - DİN-dən YAP funksionerinin oğlu ilə bağlı açıqlama
Tarix: 19-12-2019 22:19 | Bölmə: Cəmiyyət
"Fariz Ağayev barəsində qətimkan tədbiri seçilməyib" - DİN-dən YAP funksionerinin oğlu ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılmasıyla bağlı açıqlama yayıb.

Reyting.az
 xəbər verir ki, bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Toğrul Nəsirli açıqlama verib.

Onun sözlərinə görə, həmin şəxs saxlanılmayıb və üzərindən də hər hansı narkotik maddə aşkar olunmayıb: "Deyilənlər yalandır, Fariz Ağayev barəsində qətimkan tədbiri seçilməyib".

Məlumata görə, Fariz Ağayev azadlıqdadır.

Qeyd edək ki, günorta saatlarında KİV-də onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlandığına dair xəbər yayılmışdı.Onu da əlavə edək ki, 1990-cı il təvəllüdlü F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər