Deputat: "Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə..."
Tarix: 20-12-2019 14:38 | Bölmə: Cəmiyyət
Deputat: "Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə..."

Milli Məclisin deputatı Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışıb.

Bu barədə "Report"a açıqlama verən deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib:

"Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda - öz evdimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır".

Qeyd edək ki, M.Aslanovun ürəyindən əməliyyat olunduğu və iki stend qoyulduğu barədə məlumatlar yayılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər