Kirayədə yaşadığını deyən icra başçısı 4 min manatlıq kəmər taxır - Fotolar
Tarix: 23-12-2019 09:57 | Bölmə: Cəmiyyət
Kirayədə yaşadığını deyən icra başçısı 4 min manatlıq kəmər taxır

Kirayədə yaşadığını deyən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

Demokrat.az xəbər verir ki, kirayədə qalmasından gileylənən icra başçısının kəməri "Stefano Ricci"dəndir.

Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir.

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.

Kirayədə yaşadığını deyən icra başçısı 4 min manatlıq kəmər taxırKirayədə yaşadığını deyən icra başçısı 4 min manatlıq kəmər taxır

Reyting.az




Bölməyə aid digər xəbərlər
3-12-2024, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq

bütün xəbərlər