Satınalmalarla bağlı ekspertiza aparılacaq
Tarix: 25-10-2019 13:18 | Bölmə: Cəmiyyət
Satınalmalarla bağlı ekspertiza aparılacaq

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, Qafqaz və Tədqiqat və Resurs Mərkəzinin Gürcüstan təşkilatının icra etdiyi “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü həyata keçirilir.

Təşəbbüs “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin ekspertləri tərəfindən icra olunur. Təşəbbüsün məqsədi dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və bu sahədə mövcud problemlərin həllinə nail olunmasına yardım gostərilməsdir.

Təşəbbüs çərçivəsində dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin analizi, antikorrupsiya ekspertizası aparılacaq. Hökumət hesabatları, satınalmalar haqqında hesabatlar, beynəlxalq təşkilatların hesabatları və tövsiyələri təhlil ediləcək. Bu tədqiqatların nəticəsi kimi satınalmalarda şəffaflığın artırılması məqsədilə təkliflər paketi hazırlanacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər