16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Klinika direktoru: “Gec-tez bütün insanlar koronavirusa yoluxacaq” - İddia
Tarix: 07-04-2020 20:52 | Bölmə: Cəmiyyət
Klinika direktoru: “Gec-tez bütün insanlar koronavirusa yoluxacaq”

“Tez, yaxud gec bütün insanlar koronavirusa yoluxacaqlar. Bəşəriyyətin 80 faizində bunun heç bir əlaməti olmayacaq, qalan 20 faizdə xəstəlik orta, ağır, yaxud kritik formada keçəcək”.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu iddia ilə Tbilisi Birinci Universitet Klinikasının direktoru Levan Patiani çıxış edib.

“Bizim klinika digərlərindən onunla fərqlənir ki, biz təkcə pasiyenti müalicə etmirik, eləcə də bu xəstəliklə bağlı informasiya alır və ötürürük. Nə mənim, nə də dünyanın aparıcı alimləri üçün bu virusun strategiyası məlum deyil. Yalnız onu bilirik ki, bu xəstəliyə bəşəriyyətin hamısı yoluxmalıdır. 80 faiz aklinik formada olacaq, 20 faiz isə orta, ağır və kritik formada xəstələliyə yoluxacaq”, - Patiani söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}