13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
TƏBİB sədri: "Bəzi pasiyentlər xəstəxanaya ağırlaşma formasında gəlir"
Tarix: 08-04-2020 18:14 | Bölmə: Cəmiyyət
TƏBİB sədri: "Bəzi pasiyentlər xəstəxanaya ağırlaşma formasında gəlir"

"Bir çox pasiyentlər gec müraciət etdiklərindən xəstəxanaya ağırlaşma formasında gəlirlər".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özünü evdə müalicəyə cəhd halları olur: "Vətəndaşlar hesab edir ki, təcili yardıma zəng edən kimi onları aparacaqlar. Bu əsla belə deyil. Çalışmaq lazımdır ki, virusun simptomları hiss ediləndə həkimə vaxtında müraciət edilsin".

TƏBİB sədri qeyd edib ki, son günlərin simptomatik diaqnozlu müraciətlərin məzmunu qriplə əlaqəli olub/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər