13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Almaniyada türk mafiyasının üzvləri yaxalanıb
Tarix: 18-04-2020 19:44 | Bölmə: Cəmiyyət
Almaniyada türk mafiyasının üzvləri yaxalanıb

Almaniyada polis uniformasında soyğunçuluqa məşğul olan türk mafiyasının üzvləri saxlanılıb.

Reyting.az
xəbər verir ki, Heydər.A, Erdal.C, Mətin.D və Yusif.K adlı şəxslərdən ibarət olan şəbəkə Münix əyalətinin Ali Məhkəməsində ittiham olunur.

Onların mühakiməsinə ötən həftədən başlanılıb. Adı çəkilən şəxslər cinayətkar qrup yaratmaqda, təhdid və şantaj yolu ilə xərac toplamaqda ittiham olunurlar.

Məlumata görə, mafiya şəbəkəsini həbsxanadan idarə edən Heydər.A saxta polis qiyafəsində yaşlı insanları aldatmaqda təqsirli bilinir. Qeyd edilir ki, mafiya başçısı azadlıqdakı tərəfdarlarına həbsxanaya keçirdiyi telefon vasitəsilə “Bu milyonluq layihə, super bir hədiyyədir, yaşlı insanlar onsuz da öləcək. Pullarına dövlət əl qoymadan biz əl qoyaq”,- mesajını gödərib.

Qeyd edək ki, əvvəllər də oxşar cinayətlərə görə həbs edilən Heydər.A-nın 5 yaşlı insanlardan 140 min avro oğurladığı bildirilir. Ötən ilin fevral ayında anası ilə uşağını aldatmaq üçün özünü polis kimi təqdim edərək 12 min avronun qapıya qoyulmasını istəyib. O, yaşlı xanımın polisə xəbər verməsindən sonra yaxalanıb.

Saxlanılan mafiya üzvlərinə ağır cəzaların veriləcəyi bildirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər