14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
Tarix: 30-06-2025 17:57 | Bölmə: Slayd
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib)

"Sputnik-Azərbaycan” agentliyinin Bakı ofisində əməliyyat keçirilir.

Reyting.az 
xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır.

Daxili İşlər Nazirliyindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

***

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.

Reyting.az
xəbər verir ki, DİN-nin əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.

Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.

Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.

Lakin "Sputnik Azərbaycan" redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.(APA)

***

Daxili İşlər Nazirliyinin “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.


Məlumata görə, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.

Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub(Report)

***

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb.

Həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

***

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əməliyyatla bağlı əlavə məlumat veriləcək.

***

Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılan şəxslərin adları bilinib.

Reyting.az
xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.

Qeyd edək ki, DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.













Bölməyə aid digər xəbərlər