Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
Tarix: 24-06-2025 10:20 | Bölmə: Cəmiyyət
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub

Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib.

Hadisə gecə saatlarında Bakının Nizami rayonunda baş verib.

Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub.

Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunub, insidentin qarşısını alıblar.

Əldə etdiyimiz məlumata görə, şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edib.





Bölməyə aid digər xəbərlər