14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
Tarix: 30-06-2025 17:18 | Bölmə: Dünya
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir

Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa slovakiyalı həmkarı Yuray Blanarın Ukraynada müharibəyə son qoymaq üçün “baş verən hər şeyi Rusiyaya bağışlamağı” təklif edən qalmaqallı bəyanatına cavab verib.

Reyting.az
bildirir ki, Sibiqa Rusiyanın cinayətlərini bağışlamağın mümkünsüzlüyünü dilə gətirib. Onun sözlərinə görə, Rusiyanın cinayətlərinin əsas səbəbi cəzasızlıq hissidir.

“Cinayətkarın cinayəti bağışlansa və cəzalandırılmasa, cinayəti dayandıracağını gözləmək sadəlövhlük olardı. Əksinə, bu zaman Rusiya onun o biri üzündən vuracaq”,- Sibiqa deyib.

Eyni zamanda Ukrayna XİN-nin rəhbəri bildirib ki, “bu müharibədə heç nə itirməyənlərin belə bəyanatlar verməyə haqqı yoxdur”.

Qeyd edək ki, bundan əvvəl Slovakiya diplomatiyasının rəhbəri “Ukrayna və Rusiya arasında müharibənin hərbi həlli yoxdur, problem beynəlxalq hüquqa riayət əsasında həll edilməlidir”,- deyib. O, Ukraynanı Rusiya ilə dialoqa çağırıb və baş verənlərə görə, Rusiyanın bağışlanmasını mümkün sayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər