09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Beş ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
Tarix: 28-06-2025 08:32 | Bölmə: Cəmiyyət
Beş ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

Reyting.az
APA-ya istinadla bildirir ki, sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər