Yanğınsöndürənləri atəşə tutublar
Tarix: 30-06-2025 08:23 | Bölmə: Cəmiyyət
Yanğınsöndürənləri atəşə tutublar

ABŞ-nın Aydaho ştatında naməlum şəxs yanğınsöndürənlərə atəş açıb, nəticədə bir neçə nəfər yaralanıb.

Reyting.az
bildirir ki, bu barədə “BNO News” agentliyi məlumat yayıb.

Hadisə Coeur d'Alene şəhəri yaxınlığında baş verib.

Meşə yanğınını söndürmək istəyənlər üçün təcili tibbi yardım briqadası gəlib.

Məlumata görə, təcavüzkar meşə ərazisini qəsdən yandırıb, bundan sonra hadisə yerinə gələn xilasedicilərə pusqudan atəş açıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər