Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
Tarix: 25-06-2025 12:26 | Bölmə: Cəmiyyət
Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb

Bakıda qadın sərnişnlərə qarşı  qeyri-etik davranan  daha bir taksi sürücüsü saxlanılıb.

Reyting.az
xəbər verir ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur: "Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyini müəyyən edib və o, məsuliyyətə cəlb edilib".

Araşdırma davam edir.




Bölməyə aid digər xəbərlər