ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
Tarix: 25-06-2025 07:46 | Bölmə: Cəmiyyət
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib

ABŞ Nümayəndələr Palatasının əməkdaşlarına WhatsApp-dan istifadə qadağan edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qadağa bildirişində deyilir:

“Kibertəhlükəsizlik İdarəsi WhatsApp-ı istifadəçi məlumatlarını necə qoruduğuna dair şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməsinin olmaması və istifadəsi ilə bağlı potensial təhlükəsizlik risklərinə görə istifadəçilər üçün yüksək riskli proqram hesab edib”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər