Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 03-03-2017 12:40 | Bölmə: Cəmiyyət
"Hacı Sərdarın həbsi və digər belə repressiv hərəkətlərin səbəbi vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəhbəri olduqları rayonları ata mülkü
sayaraq, xalqın, dövlətin əmlakını
çapıb-talayan "kiçik padşahların”, sair məmurların öz qanunsuz əməllərini ört-basdır eləmək cəhdlərindən başqa bir şey deyil.”
Bunu jurnalist Qurban Cəbrayıl tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü, "Maidə” saytının təsisçisi və baş redaktoru Sərdar Hacıhəsənliyə qarşı əsassız təzyiqlərə münasibət bildirərkən deyib: "Amma unudurlar ki, daimi xoflanma və çırpınmalardan irəli gələn belə addımlar çıxış yolu olmamaqdan əlavə, tamamilə əks-effekt verir, aidiyyatı qurumların, ən başlıcası kütlələrin nəzər-diqqətini gizlətməyə çalışdıqlarının üzərinə cəmləyir, böyük ictimai qınaqla nəticələnir. Məsələn, qanuni sosial haqlarını tələb edən sakinlərə, azad fikirli insanlara – dindarlara, bloggerlərə, jurnalistlərə yönəlik zorakılıqların böyük bir hissəsinin Masallı rayonunun, cənub bölgəsinin payına düşməsi ölkədə hər kəsə aydındır və bunun köklərinin araşdırılmasına ciddi ehtiyac var.”
Qurban bəy baş verənlərin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyindən narahatlığını da dilə gətirib: "Şeyx Sərdar təkcə ölkəmizdə yox, regionda, müsəlman aləmində də nüfuz sahibidir; Beynəlxalq İslam Oyanışı Təşkilatında iki təmsilçimizdən biridir. Onun azadlığının əsassız şəkildə məhdudlaşdırılması nə ötənilki multikulturalizm layihələri kontekstində milli ruhaniyyətin mənafeyinə cavab verir, nə də 2017-nin İslam Həmrəyliyi ili elanı ilə bir araya sığışır...”
Q.Cəbrayıl bildirib ki, ümumiyyətlə, ibadət əhlinin, dindarın Cümə namazında iştirakına görə tutuqlanması absurddur: "Mənim Sərdar Babayevlə yaxından tanışlığım yoxdur; sadəcə, bir neçə dəfə müxtəlif tədbirlərdə görüşmüşük və çıxışlarını dinləmişəm. Olduqca məntiqli, savadlı, dünyagörüşlü, pərizkar qardaşlarımızdandır, yüksək natiqlik qabiliyyətinə malikdir. Rəhbərlik etdiyi sayt da dövlətçiliyə, mənəvi-əxlaqi dəyərlərə sadiqdir; bütün sahələr üzrə informasiyalar, təhlillər verir, dünyəviliklə yanaşı, dini təqvimi də əsas tutur, İslam maarifçiliyi, müqəddəsatın mövludu-şəhadəti barədə maraqlı yazılarla çıxış edirlər. Yəni belə başa düşürəm ki, missionerlərin at oynatdığı, ailə institutuna qarşı hücumların reallaşdığı, gənclərin zərərli vərdişlərə qurşandığı, intiharların baş alıb getdiyi, cəbhədə azğın erməni təxribatlarının vüsət aldığı indiki şəraitdə Hacı Sərdarın, Hacı Mövsümün, Hacı Abgülün, Seyid Fəramizin, Ruhullah Axundzadənin və digərlərinin zindanlarda yox, xalq arasında olmaları daha zəruridir! Allah tezliklə qapılarını açsın!”
XəzərBölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər