Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Tarix: 24-04-2017 14:27 | Bölmə: Cəmiyyət

"Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır”.
Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.
O qeyd edib ki, ölkənin ərazisinin 80 faizi malyariyaya görə endemikdir: "Xəstəliyi yayan ağcaqanadların artıb çoxalması üçün əsasən Mil-Muğan, Lənkəran, Aran rayonları və Quba-Xaçmaz zonasında münbit şərait var. Malyariyanı yayan ağcaqanadlar qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalır. Xəstəlik əsasən iyun-oktyabr aylarında qeydə alınır. Digər aylarda xəstəlik baş verərsə, deməli bu, ötən ildən qalıb və indi özünü biruzə verir. Xəstəliyin əsas əlamətləri üşütmə, titrətmə, hərarət və tərləmədir".
S.Məmmədov əlavə edib ki, ölkədə yerli malyariya baş verməsə də, başqa ölkələrdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur. Onun sözlərinə görə, hər il ölkədə xaricdən gətirilən malyariya xəstəliyi ilə bağlı 1-3 hal qeydə alınır:
"Keçən il 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 belə hal baş verib. Bu xəstəliyin ildırım sürəti ilə yayıldığını, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olduğunu nəzərə alsaq, ilk mərhələdə aşkarlanmalı, lazımi tədbirlər görülməlidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı belə xəstəliklərin gətirilmə ehtimalı daha çoxdur. Məsələn, ötən illərdə keçirilən Gənclər Forumuna gələn afrikalı əməkdaşda bu xəstəlik aşkarlanıb. Vaxtında aşkar edildiyi üçün lazımi tədbirlər görülüb. Həmin şəxs sağalıb və ölkəsinə göndərilib. May ayında isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Oyunlara görə ölkəmizə əsasən ərəb ölkələrindən çoxlu sayda turistlər, qonaqlar gələcək. İslam ölkələrində də malyariya xəstəliyi qeydə alınır. Buna görə də bütün qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat dərman preparatları var və mütəxəssislər daim məlumatlandırılır. Əgər şübhəli şəxs olsa, ondan qan nümunəsi götürülüb mərkəzin referans laboratoriyasında yoxlanılacaq. Bununla bağlı bütün lazımi tədbirlərə hazırıq".
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki