Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 12-05-2017 11:02 | Bölmə: Cəmiyyət

Bugün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.
Təxminən 2 saat davam edəcək mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm ediləcək. Tədbirdə məşhur simaların iştirakı gözlənilir. Mərasimdə idmançıların paradı və atəşfəşanlıq da olacaq.
Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletika və paracüdo yarışlarıdır.
İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.
Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.
Təkbətək idman növlərindən isə idmançılar atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yarışları keçiriləcək. Əvəzində badminton, atçılıq, qılıncoynatma bu dəfə yarışların siyahısından kənarda qalıb.
Ən çox medal dəsti atletlərin və üzgüçülərin mübarizəsində oynanılacaq. Burada hər 2 növ üzrə 42 çempion müəyyənləşəcək. Güləşçilər 24, atıcılarla uşu ustaları hərəyə 20 dəst medal uğrunda yarışacaqlar.
Komanda idman növlərindən yalnız ikisində - su polosu və futbolda bir medal dəsti nəzərdə tutulub. Bu da onlarda yalnız kişi idmançıların qüvvələrini sınamaları ilə bağlıdır.(Apasport.az)
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər