Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 12-05-2017 11:11 | Bölmə: Cəmiyyət

Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir.
BBC xəbər verir ki, yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.
Ər təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5%-i həcmində dəyərləndirilib.
Hakim həmçinin boşananların adlarının açıqlanmaması barədə qərar verib.
BBC yalnız onu bildirir ki, söhbət Qafqaz əsilli 61 yaşlı keçmiş treyderdən və onun 41 yaşlı, Şərqi Avropa doğumlu arvadından gedir. Cütlük Moskvada evlənib və Britaniyanın Surrey qraflığına köçüb. Bundan əlavə, məlumdur ki, təxminən 5 il əvvəl boşanan kişi Rusiya şirkətindəki payını 1,3 milyard dollara satıb.
RBK isə yazır ki, bu təsvirə "Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes” jurnalının Rusiya reytinqində 67-ci olan Fərhad Əhmədov uyğun gəlir.
Jurnal onun varidatını 1,3 milyard dollar həcmində qiymətləndirir. Bakıda anadan olmuş Əhmədov 1986-cı ildə Böyük Britaniyaya köçüb və London xəz birjasında treyder olub. 1987-ci ildə SSRİ-nin qaz müəssisələrinə avadanlıq satan "Tansley Trading” şirkətini təsis edib. 2012-ci ilin sonlarında Əhmədov "Nortqaz” şirkətindəki payını 1,38 milyard dollara "NOVATEK”ə satıb.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər