Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzuli rayonuna səfər edib
Tarix: 10-06-2021 17:37 | Bölmə: Cəmiyyət
Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzuli rayonuna səfər edib

Böyük Britaniya Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Füzuli rayonuna səfər edib.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşayiət ediblər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}