Tarix: 06-04-2016 14:16 | Bölmə: Cəmiyyət
Bərdərayon icra hakimiyyətinin başçısı Vidadi İsayevəqarşı rayonun bir qrup sakini tərəfindən sərt ittihamlar irəli sürülür.
Rayon sakinləri dövlət başçısına şıkayət məktubları göndərərək, icra başçısının özbaşınalığına son qoyulması üçün tədbir görülməsini xahiş edirlər (C.Məmmədquluzadə küçəsi 91 ünvanında yaşayan Nizami Əbil oğlu Cəfərov və başqaları).
Sakinlər redaksiyalara da göndərdiklər məktublarda bildirirlər ki, rayondakı korrupsiya və rüşvətxorluq səbəbindən görkəmli alim Zərifə Əliyevanın adını daşıyan orta məktəbin şəraiti dözülməz vəziyyətə düşüb, rayonun digər problemləri isə azalmaq əvəzinə günü-gündən artır.
İcra başçısının fəaliyyətindəki nöqsanlara da toxunaraq yazırlar ki, Vidadi İsayev Bərdənin büdcə təşkilatlarını yaxın ətrafının nəzarətinə verməklə, rayonda dözülməz idarəetmə sistemi yaradıb ki, bu da korrupsiya və rüşvətxorlar üçün yaxşı fürsətdir.
Verilən məlumata görə, faşizm üzərində qələbə çalan 664 mindən çox igid, mərd Azərbaycan vətənpərvərlərinin yolunu ümidlə gözləyən "Ana" heykəlini də icra başçısı yerindən götüzdürüb: "Bu heykəlsovetlər dövründəHeydərƏliyevin təşəbbüsü ilə həmin yerə qoyulmuşdu. Görəsən, icra başçısının həmin heykəliTərtər çayının ehtimal olunan seli qarşısına köçürməsinə hansı adı vermək olar?!
Vidadi İsayev bununla da kifayətlənməyib, Heydər Əliyev parkı ilə üzbəüz yerləşən 20 Yanvar şəhidlər bağında 1990-cı ildən əkilmiş 350-dən çox şam ağaclarını məhv etdirib".
Şıkayət məktublarında yazılır ki, Bərdənin icra başçısı Nizami Gəncəvinin izini Bərdədən silərək, əvəzində at, keçi, fil fiqurlarına üstünlük verir:
"Bir çox dövlət rəsmilərimiz, alimlərimiz, hətta Milli Məclisin deputatı Nizami Cəfərov efirdə bəyan etdi ki, ermənilər farslarla əlbir olub Nizami Gəncəvinin azərbaycanlı olmadığını dünyaya sübut etməyə çalışır. Ancaq 2264 beytdən ibarət "Sirlər Xəzinəsi" ilə dünya xalqlarının qəlbində əbədi yaşayan, 1337-38-ci illərdən "Xəmsə"sinin birinci əlyazması Fransada saxlanılan, Yaponiya aeroportunda əzəmətli portreti yanında yaponca tərcümədə şeirləri həkk edilən, rusların məşhur şərqşünası Bertelsin "Dünya şeir sənət mülkünün hakimi" adlandırdığı dahi Nizaminin Bərdədə adına əbədiləşdirilmiş küçəni adını Bərdənin tarixindən silən, rədd edən və deputatın vurğuladığı fars-erməni siyasətinə zəmin yaradan icra başçısı, görəsən, bu əməli ilə hansı dövlətin siyasətinə xidmət edir?!".
Sakinlər rayondakı daha bir neçəaktual problemləri dəqabardıb vəmüvafiq qurumlardan icra başçısının bu və digər özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş ediblər.
Bölməyə aid digər xəbərlər