Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 20-04-2016 12:59 | Bölmə: Cəmiyyət

Aparılan ilkin monitorinqin nəticəsi onu göstərdi ki, yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış "Riyaziyyat", "Həyat bilgisi", "İngilis dili", "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərində məzmun, dil və yazı üslubu, dizayn, bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından qüsurlar daha çoxdur.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Afiqə Batıyeva deyib.
Onun sözlərinə görə, qüsurlar əsas etibarı ilə standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin bəzi hallarda nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır.
Dərsliklərin monitorinqi zamanı aşkarlanmış nöqsanların Təhsil Nazirliyi tərəfindən həmin fənn üzrə yeni dərsliklər çap edilərkən nəzərə alınıb-alınmamasına gəldikdə, A.Batıyeva deyib ki, 2012-ci ildən indiyədək II, III, IV və VI siniflər üzrə dərslik komplektləri təkrar nəşr edilib.
Onun sözlərinə görə, təkrar monitorinq onu göstərir ki, ilkin monitorinq zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış yekun rəylərdə göstərilən irad və təkliflərin xeyli hissəsi təkrar nəşrlərdə nəzərə alınıb. Lakin bəzən düzəlişlər zamanı yeni səhvlərə də yol verilir.
TQDK-ya 2012-ci ildən ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsinin həvalə olunduğunu deyən A.Batıyeva əlavə edib ki, ölkədə tətbiq olunan dərslik siyasətinə görə dərsliklər 4 ildən bir tam tirajla yenidən nəşr olunur: "Bu səbəbdən də monitorinq nəticəsində bildirilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bununla bağlı dərsliklərdə mövcud olan problemlərin həllində müəllimlərə kömək məqsədilə elektron "Dərslik portalı" yaradıldı və yekun rəylər artıq orada da yerləşdirilir. Bu vaxtadək "Dərslik portalı"ndan 1148511 nəfər istifadə etmiş, 2207 nəfər qeydiyyatdan keçərək, qeyd və təkliflərini bildirmişdir. Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğuları isə mütəmadi olaraq dərslik müəllifləri və dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər cavablandırır".
A.Batıyeva qeyd edib ki, 2012-2016-cı illər ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 388 dərsliyin, müəllimlər üçün 242 metodik vəsaitin monitorinqi aparılıb: "Yekun rəylər Təhsil Nazirliyinə göndərilib və "Dərslik portalı"nda yerləşdirilib. Monitorinq 2 yönümdə – yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII və qüvvədə olan ənənəvi tədris proqramları əsasında tərtib olunmuş IX-XI sinif dərslikləri üzrə aparılıb. Hər bir dərslik, dərs vəsaiti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki cəhətdən məzmuna uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunu baxımından təhlil olunub"(trend).
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər