Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 20-04-2016 19:01 | Bölmə: Cəmiyyət

"Bu ilin sonunadək tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılacaq”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, bu sahədə bir neçə il əvvəl qeyri-şəffaf hallara rast gəlinirdi: "Bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu. Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi. Tələbə-universitet- təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platform üzərindən həyata keçirilməsini hazırlayırıq. Hesab edirəm ki, bu iş yaxın zamanda yekunlaşacaq".
M.Cabbarov qeyd edib ki, indi bu və ya digər tələbənin köçürülmə prosesi insan müdaxiləsi olmadan, tələbənin digər ali məktəb və fakültəyə keçmə hüququna malik olub-olmaması meyarları əsasında həyata keçiriləcək:"Meyarlarda köklü dəyişikliklər etməyi nəzərdə tutmuruq. Müəyyən dəyişikliklər olacaq ki, bunun da cüzi xarakter daşıya biləcəyi istisna edilmir. Təbii ki, burada söhbət kordinal dəyişikliklərdən getmir. Tələbə köçürülmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülərək onların ixtisaslarının uyğunluğunu saxlamaqla, hər kəs üçün bu prosesin daha da şəffaf olması səbəbindən prosesin elektronlaşdırılması bu istiqamətdə növbəti addım olacaq".
ReportBölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər