Hakan Fidan: "Hər görüş bizi sülhə daha da yaxınlaşdıracaq"
Tarix: 23-07-2025 22:58 | Bölmə: Dünya
Hakan Fidan: "Hər görüş bizi sülhə daha da yaxınlaşdıracaq"

"Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyini davam etdirəcək".

Reyting.az
xəbər verir ki, bu sözləri bu gün İstanbulda Rusiya-Ukrayna danşıqlarına rəhbərlik edən Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, bu prosesdə sülh üçün hər cür çaba göstərirlər: "Danışıqların iki raundu ərzində mühüm nəticələr əldə etdik. Biz şadıq ki, indiyədək əldə olunmuş əsir mübadiləsinin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət alıb. Ümid edirəm ki, hər görüş bizi sülhə daha da yaxınlaşdıracaq"

E.ARAZ




Bölməyə aid digər xəbərlər