Rusiyada uşaq bağçasını ildırım vurub
Tarix: 14-08-2025 15:22 | Bölmə: Dünya
Rusiyada uşaq bağçasını ildırım vurub

Rusiyanın Çelyabinsk vilayətində uşaq bağçasını ildırım vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, ildırımın ardınca güclü partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb.

İldırımdan sonra damda qısaqapanma olsa da, yanğın baş verməyib.

Vəziyyət bağçada dərslərə təsir edib. Hadisədən sonra valideynlərdən övladlarını götürmələri istənilib.

Qeyd edək ki, bundan əvvəl Dağıstanda İzberbaş şəhərinin sakinləri ildırım vurmasından sonra susuz qalıblar. Çünki ildırımın təsirindən Kaspiyskdə yarımstansiyada avadanlıq zədələnib. Bundan əvvəl isə Voronej vilayətində balıq tutarkən 12 yaşlı uşağı ildırım vurub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər