Vergi Xidmətində növbəti kadr dəyişikliyi olub
Tarix: 13-11-2025 11:19 | Bölmə: İqtisadiyyat
Vergi Xidmətində növbəti kadr dəyişikliyi olub

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub.

Reyting.az
“PostMedia”ya istinadla xəbər verir ki, qurumun rəis müavini Rasim Rəhim oğlu Quliyev vəzifəsindən azad edilib.

Hazırda onun yerinə təyinat yoxdur.

Bununla da Baş İdarə rəisinin müavinlərinin sayı 6-dan 5-ə, ümumi menecmentin sayı isə 17-dən 16-ya enib.

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Camal Ələkbər oğlu Qasımov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.

Əvvəllər Vergi auditi baş idarəsinin rəisi olan Camal Qasımov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb