12:06 / 03-02-2026
Tehranda bazar yanır
Rusiya müvəqqəti Milad atəşkəsini rədd edir
Tarix: 16-12-2025 14:37 | Bölmə: Dünya

Rusiya müvəqqəti Milad atəşkəsini rədd edir

Rusiya Ukraynanın Milad atəşkəsi təklifinə cavabını açıqlayıb.

Reyting.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə bir atəşkəsin mümkün olmadığını deyib.

“Biz sülh istəyirik. Ukraynaya fasilə vermək və müharibənin davam etməsinə hazırlaşmaq üçün atəşkəs istəmirik”, - Peskov bildirib.

Peskov əlavə edib: “Biz bu müharibəni dayandırmaq, məqsədlərimizə çatmaq, maraqlarımızı təmin etmək və gələcək üçün Avropada sülhü təmin etmək istəyirik”.

Xatırladaq ki, ötən gün Almaniya kansleri Merts də Rusiya və Ukrayna arasında Milad bayramı günündə atəşkəs elan olunmasını təklif etmişdi.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:06 Tehranda bazar yanır