14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Trampın müşaviri: “COVID-19 vaksinini birinci biz hazırlayacağıq”
Tarix: 24-05-2020 20:28 | Bölmə: Dünya
Trampın müşaviri: “COVID-19 vaksinini birinci biz hazırlayacağıq”

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen hesab edir ki, Birləşmiş Ştatlar dünyada birinci olaraq COVID-19 əleyhinə vaksini hazırlayacaq.

"RİA Novosti" xəbər verir ki, müşavirə "Meet the Press" proqramının efirində Çinin vaksini birinci hazırlamaq imkanı haqqında sual verilib.

"Mən düşünürəm ki, bu məsələdə Amerika lider olacaq", - Trampın müşaviri cavabında bildirib.

Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb, ölkədə COVID-19-a yoluxmuş 97 mindən çox insan ölüb. Birləşmiş Ştatlarda virusa yoluxmuş 361 min nəfərdən çox insan sağalıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}