Roqozin: “Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”
Tarix: 25-05-2020 13:52 | Bölmə: Dünya
Roqozin: “Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”

“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”.

Bunu Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib. "Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir", - deyə Roqozin vurğulayıb.

O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. “Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər