Fransada koronavirus xəstələrinin sayı azalır
Tarix: 25-05-2020 22:45 | Bölmə: Dünya
Fransada koronavirus xəstələrinin sayı azalır

Fransada koronavirus infeksiyası diaqnozu ilə xəstəxanalarda müalicə edilənlərin sayında azalma müşahidə edilir.

Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Rəsmi məlumatda deyilir ki, "hazırda ölkənin xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 16 798 nəfər (bir həftə öncə bu rəqəm 19 015 təşkil edirdi - red) müalicə edilir".

Son 24 saat ərzində xəstəxanalara COVID-19 diaqnozu ilə daha 342 pasiyent daxil olub.

Hazırda tibb müəssisələrinin reanimasiya şöbələrində 1 609 xəstə (bir həftə öncə bu rəqəm 1 998 təşkil edirdi - red) müalisə olunur. Son sutkada reanimasiya şöbələrinə 45 pasiyent daxil olub. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı bazar günü ilə müqayisədə 46 nəfər azalıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər