Prezident: “Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq”
Tarix: 26-05-2020 11:56 | Bölmə: Dünya
Prezident: “Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq”

“Gürcüstanda fövqəladə vəziyyət rejiminin elan edilməsinə baxmayaraq, demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Vaziani hərbi bazasında Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət vaxtında aradan qaldırılıb: “Buna görə də seçkilərin keçirilməsi və konstitusiya dəyişikliklərinin qəbul edilməsi gecikməyəcək”.

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}