Ərdoğan təhqirə görə 4 müxalifətçi haqda prokurorluğa şikayət edib
Tarix: 27-05-2020 14:57 | Bölmə: Dünya
Ərdoğan təhqirə görə 4 müxalifətçi haqda prokurorluğa şikayət edib

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ağır söyüş və təhqirə görə 4 CHP üzvündən prokurorluğa şikayət edib.

Bunu ölkə başçısının vəkili Mustafa Doğan İnal bildirib.

Məlumata görə, prokurorluğa verilən şəxslər CHP-nin İzmir şəhər təmsilçiliyinin sədr müavini Yasin Ergül, CHP Gənclər Təşkilatları İzmir şəhər katibi və Qarabağlar bələdiyyəsinin məclis üzvü Dila Koyurga, İzmirin Qaziemir bələdiyyəsinin CHP-çi sədri Halil Arda və CHP İzmir şəhər təşkilatı üzvü Caner Güldür.

Prezidentin vəkili bu məsələni belə şərh edib:

“Bu, onu göstərir ki, möhtərəm prezidentimizi təhqir etmək partiyanın (CHP-nin – red.) örtülü siyasətidir”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər